Rusiya: "Vahid Qərb anlayışı artıq yoxdur"
19 Dekabr 2018 13:10 DünyaQərb anlayışı vahid formada artıq mövcud deyil.
Bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksandr Venediktov deyib.
"Ümumi maraqları olan dövlətlərin klubu hesab edilən Qərb anlayışı artıq yoxdur. Bu oyunçuların hər birinin öz unikal prioritetləri ola bilər. Nümunə kimi ABŞ-la Avropanın regional təhlükəsizlik, iqtisadi ziddiyyətlər və ticarət müharibələriylə bağlı mövqelərinin üst-üstə düşməməsini göstərmək olar", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31