Rusların SSRİ sevdası rekord həddə çatdı

SSRİ-nin süqutuna təəssüflənən rusiyalıların sayı son 10 ilin maksimumuna çatıb.

Bu nəticə "Levada Çentr" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, hazırda rusiyalıların 66%-i SSRİ üçün darıxır. Keçən il bu göstərici 58% təşkil edib.

Keçmiş imperiyanın xiffətini ən çox 55 yaşından yuxarı olan şəxslər və 18-24 yaş arasındakı gənclər çəkir. Rusiyalılar SSRİ-nin süqutuna əsasən, bu dövrdə olan iqtisadi sistemin dağılması (52%), böyük gücə məxsus olmaları hissini itirmələri (36%) və qarşılıqlı etibarsızlığın artması (31%) ucbatından təəssüfləndiklərini deyiblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31