Ər-Riyad “şahzadə əməliyyatı”nın gəlirini açıqladı

Korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 100 milyard dollar gəlir əldə edilib. Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Maliyyə naziri Abdullah Cedan deyib. Onun sözlərinə görə, əldə olunan gəlirin 13 milyard dollarlıq hissəsi dövlət büdcəsinə transfer edilib.

Korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 100 milyard dollar gəlir əldə edilib.

Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Maliyyə naziri Abdullah Cedan deyib. Onun sözlərinə görə, əldə olunan gəlirin 13 milyard dollarlıq hissəsi dövlət büdcəsinə transfer edilib.

O, dövlət büdcəsinə köçürmələrin bundan sonra da davam edəcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman keçən il Korrupsiya ilə Mübarizə Komissiyasının rəhbəri təyin olunan kimi genişmiqyaslı əməliyyatlara başlamışdı. Nəticədə ölkə ərazisində şahzadə və kral ailəsinə yaxın olan 381 şəxs, onlardan 325-i sonradan müəyyən ödənişlərdən sonra azadlığa buraxılmışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31