Braziliyada yanğın nəticəsində 600-ə yaxın ev məhv olub

Braziliyanın Manaus şəhərində yanğın nəticəsində 600-ə yaxın ev məhv olub.

Bu barədə çərşənbə axşamı Amazonas ştatının xilasetmə xidməti məlumat yayıb.

"Globo" portalının məlumatına görə, yanğın nəticəsində 4 nəfər xəsarət alıb, ölənlər barədə məlumat yoxdur.

Yanğın bazar ertəsi taxta evlərdən başlayıb, sonradan isə daş evlərə keçib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31