"Forbes" 2018-ci ilin ən zəngin amerikalı məşhurlarının siyahısını açıqlayıb
19 Dekabr 2018 11:40 DünyaNüfuzlu "Forbes" jurnalı 2018-ci ildəən zəngin amerikalı məşhurların adlarını açıqlayıb.
Siyahıya rejissor Corc Lukas başçılıq edir. Onun sərvəti 5,4 mlrd. dollar dəyərində qiymətləndirilir.
Siyahıda ikinci yeri sərvəti 3,7 mlrd. dollar dəyərində qiymətləndirilən rejissor Stiven Spilberq qərarlaşıb.
Liderlər üçlüyünü teleaparıcı Opra Uinfri qapayıb. Onun var-dövləti 2,8 mlrd. dollar dəyərindədir.
Bundan əvvəl "Forbes" bundan əvvəl 2018-ci ilin ən çox qazanan yazıçılarının reytinqini açıqlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31