ABŞ-da son 50 ildə odlu silahdan ölənlərin sayı maksimum həddə çatıb
19 Dekabr 2018 11:34 Dünya2017-ci ildə Birləşmiş Ştatlarda odlu silahdan istifadə nəticəsində ölənlərin sayı son 50 ildə maksimum həddə çatıb.
Bu barədə "New York Times" nəşri yazıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, 2017-ci ildə odlu silah qurbanlarının sayı 39 min 773 nəfər təşkil edib. Bu, 2016-cı ilin analoji göstəricisi ilə müqayisədə min nəfər çoxdur. Ölüm hallarının üçdə ikisi intihar nəticəsində baş verib. Bu, 1968-ci ildən bu yana ən yüksək göstəricidir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31