Londonda sərt "Brexit" vəziyyətində 3,5 min əsgəri səfərbər olunacaq
19 Dekabr 2018 11:23 DünyaLondon Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxışının (Brexit) sərt variantı halında hər hansı bir gözlənilməz vəziyyətlə mübarizə aparmaq üçün 3500 hərbçini yüksək hazırlıq səviyyəsinə gətirmək niyyətindədir.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson bildirib.
Öz növbəsində əmək və pensiya naziri Ember Radd belə hazırlığın ehtiyat tədbiri olduğunu söyləyib.
"Hökumət üçün prioritet vəzifə Brüssel ilə sazişi qorumaqdır", - Böyük Britaniyadan Aİ-dən çıxış üzrə naziri Stiven Barkli deyib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya hökuməti yekun razılaşma olmadan ölkənin Aİ-dən çıxışına hazırlıqlarını artırıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31