Taylanddan uçan təyyarə Yekaterinburqda qəza enişi etdi - SƏBƏB?
18 Dekabr 2018 19:10 DünyaTaylanddan uçan sərnişin təyyarəsi Yekaterinburqda qəza enişi edib. Təyyarə yerli vaxtla saat 15:17-də Yekaterinburqun "Koltsovo" aeroportunda enib.
Bildirilir ki, həmin vaxt təyyarənin göyərtəsində 335 sərnişin olub. Qəza enişi zamanı xəsarət alan olmadığı qeyd edilir.
Məlumata görə, təyyarənin komandiri hidrosistemin nasaz olması barədə siqnalın işə düşməsi səbəbindən belə qərar qəbul edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31