Yapon həkimlər endoskopik əməliyyat zamanı 8K texnologiyasından istifadə ediblər
18 Dekabr 2018 18:28 DünyaYaponiyanın şimalında yerləşən Hokkaydo xəstəxanasında endoskopik əməliyyat zamanı çox yüksək həllə malik 8K texnologiyasından istifadə edilib.
Asahikava Universitetinin xəstəxanasında aparılan əməliyyat zamanı 8K formatlı kameraya malik endoskopdan istifadə edilib. Bu zaman alınan görüntülərin yüksək dəqiqliyə malik ənənəvi görüntülərdən 16 dəfə daha keyfiyyətli olduğu bildirilir.
Yeni texnologiyadan düz bağırsağında xərçəng olan xəstənin əməliyyatı zamanı istifadə edilib.
Əməliyyatı aparan cərrahlardan birinin sözlərinə görə, yeni texnologiyaların tətbiqi endoskopik əməliyyatlar zamanı təhlükəsiz və daha dəqiq fəaliyyətə şərait yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31