Yunanıstanda həbsdə olan əcnəbilərə yunan dili öyrədiləcək

Yunanıstan ədliyyə naziri Mixalis Kaloqiru və təhsil naziri Kostas Qavroqlu arasında imzalanmış qərara əsasən ölkədə həbsdə olan əcnəbilər yunan dilini öyrənəcəklər.

Hökumətin fikrincə, bu yeni dil proqramı həbsxanalarda dustaqların şəraitinin yaxşılaşdırılmasına, qarşılaşdıqları gündəlik çətinliklərin aradan qaldırılmasına və cəmiyyətə daha tez inteqrasiyasına xidmət edəcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31