İranda məktəb yandı, 3 məktəbli öldü

İranın Sistan və Bəluçestan vilayətində orta məktəbdə yanğın baş verib. Nəticədə 3 məktəbli həlak olub, biri isə ağır yanıq xəsarəti alıb.

İranın Sistan və Bəluçestan vilayətinin Təlim-Tərbiyə İdarəsinin baş direktoru Əlirza Nəxəi deyib ki, hadisə qızlar məktəbində baş verib.

Yanğına sinif otaqlarından birini qızdırmaq üçün istifadə edilən neft çırağının səbəb olduğu deyilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31