Putin: "KTMT-nin 2019-dakı hədəfi..."

KTMT-nin 2019-cu ildəki təlimlərinin əsas hədəfi Mərkəzi Asiyadakı təhlükəsizliyin təminatı məsələlərinin həlli, müttəfiqlərimiz arasında hərbi əməkdaşlığın inkişafı olacaq.

Bunu Rusiya Müdafiə Nazirliyinin kollegiyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. O, Rusiya Silahlı Qüvvələrinin inkişaf prioritetinə digital texnologiyalar və pilotsuz sistemlərin daxil olması gərəkdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya bundan sonra da strateji nüvə qüvvələrini gücləndirməyə davam edəcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31