Ermənistan ordusunun baş leytenantı həmkarını güllələyib

Ermənistan silahlı qüvvələrinin baş leytenantı Q.M. tabel avtomat silahından açdığı atəş nəticəsində müqavilə əsasında xidmət edən Armen Arutyunyanı güllələyərək yaralayıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş leytenant ehtiyatsızlıq səbəbindən A.Arutyunyanı yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlayıb.

Qeyd edək ki, bundan öncə Dağlıq Qarabağda yerləşdirilən işğalçı Ermənistan silahlı qüvvələrinin əsgəri yaralanıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31