Rusiya İrəvanda ABŞ varlığını “baltalayır”
18 Dekabr 2018 14:42 DünyaRusiya və Ermənistanın biolaboratoriyalarla bağlı dialoqu konstruktiv formada gedir.
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. O, bu istiqamətdə dialoqun təkcə amerikalılarla yox, digər postsovet məkanı ölkələriylə də aparıldığını bildirib.
Səfir dialoq çərçivəsində həmçinin xarici ölkə hərbçilərinin ölkə ərazisində mövcudluğu məsələsinin də müzakirə edildiyini söyləyib.
Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanla yaxın zamanlarda ölkə ərazisinə xarici ölkə hərbçilərinin buraxılmamasıyla bağlı razılaşma imzalayacaqlarını bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31