Bu il 80 jurnalist qətlə yetirilib - Ən təhlükəli ölkələr
18 Dekabr 2018 14:37 DünyaCari ilin on bir ayı ərzində peşə fəaliyyəti ilə əlaqədar dünyada 80 jurnalist qətlə yetirilib.
Bu barədə "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı məlumat yayıb.
Qeyd olunub ki, ən çox KİV nümayəndəsi Əfqanıstanda (15), Suriyada (9), Yəməndə (8) və Meksikada (9 nəfər) həyatını itirib. Bundan başqa, jurnalistlərin ölüm faktının yarıdan çoxu hərbi münaqişə zonalarında (44 jurnalist) qeydə alınıb.

Hazırda dünyada 348 jurnalist həbsdədir. Bu il həmçinin, Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalist - Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko qətlə yetirilib.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31