Erməni əsgər özünü öldürmək istədi

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət keçən 19 yaşlı əsgər Andranik Ovanisyanın güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi başçısının müşaviri Sona Truzyan bildirib. 

Onun sözlərinə görə, əsgər döyüş növbəsində olan zaman tabel silahından açılan atəş nəticəsində çənəsindən ağır güllə yarası alıb. 

Truzyan qeyd edib ki,o, dərhal hərbi hospitala çatdırılıb. Faktla bağlı cinayət məcəlləsinin 110-cu (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş verməsi ilə bağlı bir neçə versiya üzərində araşdırma aparılır. 


Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31