Santa Klaus Putinlə Trampa sürpriz edəcək

Milad bayramının baş sehrbazı, Laplandiyada yaşayan Santa-Klauz ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Finlandiya prezidenti Sauli Niinistyeyə hədiyyələr bağışlayacaq.

Bu barədə Rusiyanın qarlı şimal-şərq ucqarındakı Çukot dairəsinin Yeni Çaplino qəsəbəsinə səyahət edən Santa-Klauz özü "RİA Novostiyə" müsahibəsində deyib. Lakin hədiyyələrin nə olacağını sürpriz saxlayıb. 

"Mən bunu gizlin saxlayacam. Əgər hədiyyələrin nə olduğunu bilmək istəsəniz, onda Donaldın, Vladimirin və Saulinin özündən soruşmalı olacaqsınız" - Santa deyib. 

Qeyd edək ki, Santanın daimi yaşadığı rəsmi iqamətgahı Finlandiyanın Laplandiya əyalətinin paytaxtı Rovanieminin yaxınlığında - Şimal qütb dairəsindəki Santa-Klauz kəndindədir. Amma o, həm də, sehirli və gözəl nağıllar dünyasında yaşayır. 


Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31