Pentaqon: “Rusiyanın təklifinə cavab veriləcək”
18 Dekabr 2018 14:23 DünyaPentaqon "Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması" mövzusunda mütəxəssis hərbçilərin görüşü üçün Rusiyadan təklif gəldiyini açıqlayıb.
ABŞ tərəfi yaxın zamanlarda təklifə cavab verəcəklərini bildirib.
Pentaqon ABŞ müdafiə naziri Ceyms Mattis ilə rusiyalı həmkarı Sergey Şoyqunun görüşməsi ilə bağlı qarşı tərəfdən məktub almadıqlarını da vurğulayıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bir neçə gün öncə nazir Sergey Şoyqunun "Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması" mövzusunda görüşmək üçün Ceyms Mattisə göndərdiyi məktuba cavab verilmədiyini açıqlamışdı.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31