İran Prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti Həsən Ruhanidekabrın 19-da Türkiyəyə səfər edəcək.

Onu Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğan dəvət edib. 

Məlumata görə, dövlət başçıları Türkiyə-İran 5-ci Ali Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılacaq. Tədbirdə iki dövlət arasında ticarət dövriyyəsinin 30 milyard dollar çatdırılmasının hədəf olaraq göstəriləcəyi bildirilib. 

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə iqtisadi, mədəni və siyasi sahələr üzrə müqavilələrin imzalanacağı nəzərdə tutulub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31