Gözdən əlil xanıma sürücülük vəsiqəsi verilib

Meksikanın paytaxtı Mexiko şəhərində gözdən əlil olan xanıma sürücülük vəsiqəsi verilib. Meksikada sürücülük vəsiqəsi almağın nə qədər asan olduğunu göstərmək üçün fiziki qüsurlu Kristinaya vəsiqə üçün müraciət etməsi təklif olunub. Kristina lazım olan sənədləri təqdim etdikdən sonra 800 pero (100 AZN) ödəyib və yarım saat ərzində sürücülük vəsiqəsini alıb.

Xanım bildirib ki, ona avtomobil idarə etməyi bacara bilib-bilməməsi haqqında sual verilməyib, "Hələ də inana bilmirəm. Əlilik haqqında sənəd almağım daha çox zaman almışdı" - deyib.

Mexiko şəhərinin qanunlarına görə bir insanın sürücülük vəsiqəsi alması üçün imtahana girməsi lazım deyil. Sürücülük vəsiqəsi almaq istəyən şəxsin avtomobil idarə edə bildiyini sübut edən bacarıq və kurslara qatılması lazım olsa da, bu mərhələlər kağız üzərində gözardı edilə bilər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31