İrəvan parlament seçkisindəki pozuntuları açıqladı

Ermənistan İstintaq Komitəsinə növbədənkənar parlament seçkiləri ilə bağlı 87 şikayət daxil olub.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, şikayətlərdəm 18-i İrəvan, 5-i Sünik, 12-si Şirak, 4-ü Araqaçotn, 9-u Araratda, 9-u Qeqarqunik, 2-si Armavir, 2-si Lori, 1-i Vayots, 1-i isə Tavuşda qeydə alınıb. Daha 24 şikayət isə birbaşa olaraq İstintaq Komitəsinin Mərkəzi Aparatına daxil olub.

Şikayətlərdən təxminən 75-i seçki prosesində təkrar səs verməklə bağlı qeydə alınıb. 5 şikayət səsvermə gizliliyinin pozulması, 2-si seçicinin azad seçim hüququnun pozulması, 2-si seçicilərin pulla alınması, 2-si seçicinin seçki hüququndan istifadə etməsinə əngəl yaratmaq, biri isə saxta markalardan istifadə etmək barədə olub.

Fakt çatışmazlığından 32 hal barədə iş qaldırılmayıb. 54 məlumat barəsində isə materiallar toplanır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31