ABŞ Türkiyəyə qarşı ordu göndərib? - Rəsmi açıqlama
18 Dekabr 2018 12:29 DünyaSuriyanın şimal-şərq sərhədinə böyük bir qüvvə göndərməmişik. Müşahidə nöqtələrində müəyyən edilmiş normadan artıq hərbçi saxlamırıq.
Bunu ABŞ-ın Suriyanın şimal-şərqinə ordu göndərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Pentaqon sözçüsü Rob Manninq deyib.
"Müşahidə nöqtələri NATO müttəfiqimiz Türkiyənin təhlükəsizliyi üçün təsis edilib. Türkiyə ilə bağlı və ABŞ-ın Suriyanın şimalına böyük bir hərbi qüvvə göndərməsi barədə xəbərlər gördüm. Bunlar qətiyyən doğru deyil. ABŞ və Türkiyə Suriyanın şimal-şərq sərhədindəki vəziyyətlə bağlı koordinasiyalı iş aparır", - Manninq vurğulayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31