Çin ABŞ-la rəqabəti dron müstəvisində də aparır
18 Dekabr 2018 12:21 DünyaSon bir neçə ildə Yaxın Şərqdə pilotsuz uçan aparatların sayı artıb.
Bu iddia Britaniya Kral Birgə Xidmətlər İnstitutunun (RUSİ) "Yaxın Şərqdə Silahlı Qüvvələr: regionda yayılma və normalar" hesabatında yer alıb. Məlumata görə, Yaxın Şərqdə daha çox ölkə bu pilotsuz uçan aparatlardan öldürücü zərbələr endirmək üçün istifadə edir.
Hesabata əsasən, Yaxın Şərq ölkələri daha çox pilotsuz uçan aparatların idxalını həyata keçirir. Bu yolu daha çox İordaniya, İraq, Səudiyyə Ərəbistanı və BƏƏ seçir. PUA-ların öz hesabına hazırlanması işi ilə İsrail, İran və Türkiyə məşğul olur.
Bölgədə PUA-ların artmasının başqa bir səbəbi də Çinin bölgə ölkələrinə etdiyi təkliflərdir:
"Çin PUA istehsalı sayəsində aparıcı ölkələrdən biridir. Onun bazarda öncül yer tutması ilk növbədə təklif etdiyi PUA-ların dəyərinin aşağı olması və öz müştərilərinə qarşı ABŞ-dan fərqli olaraq heç bir siyasi tələb irəli sürməməsidir. Üstəlik, Çin son zamanlar ABŞ-ın silah satmaqdan imtina etdiyi Yaxın Şərq ölkələri ilə yaxınlaşır. Bununla ABŞ üçün həyati əhəmiyyət kəsb edən bölgədə öz təsirini artırır".
axar.az