İrəvan yenə Kiyevi qarşı səs verdi

Ukraynanın təşəbbüsüylə BMT Baş Assembleyasında “ Krım Muxtar Respublikasında və Sevastopolda, həmçinin Qara və Azov dənizlərində hərbiləşdirmə problemləri” qətnaməsi səsverməyə çıxarılıb.

Ukraynanın təşəbbüsüylə BMT Baş Assembleyasında " Krım Muxtar Respublikasında və Sevastopolda, həmçinin Qara və Azov dənizlərində hərbiləşdirmə problemləri" qətnaməsi səsverməyə çıxarılıb.

BMT-də baş tutan səsvermədə qətnamənin lehinə 66 ölkə səs verib, 72 ölkədə bitərəf qalıb, 19 ölkə isə layihənin əleyhinə çıxıb. Qətnamənin əleyhinə səs verən ölkələr arasında Rusiya, Belarus, Serbiya, Ermənistan, Boliviya, Burundi, Kamboca, Kuba, Şimali Koreya, İran, Laos, Myanma, Nikaraqua, Cənubi Sudan, Sudan, Suriya, Özbəkistan, Venesuela və Zimbabve yer alıb.

Qeyd edək ki, Azərbaycan baş tutan səsvermədə iştirak etməyib. Bakı ilə bərabər səsvermədə Türkmənistan, Tacikistan, Mərakeş, Tunis, Çad və digər dövlətlər iştirak etməyiblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31