Poroşenkonun Krımın işğalına yardım edən qohumları tapıldı
18 Dekabr 2018 12:09 DünyaUkrayna KİV-ləri Prezident Pyotr Poroşenko və Xarici İşlər naziri Pavel Klimkinin Rusiyada qohumlarını aşkar edib.
"Strana.ua" Poroşenkonun böyük oğlu Alekseyin həyat yoldaşı Yuliyanin əslən Rusiyadan olduğunu və öz soyadını dəyişənə qədər Rusiya vətəndaşlığı daşıdığını yazıb. Digər tərəfdən əslən Sankt-Peterburqdan olan Yuliyanın dayı və xalaları Krımda yaşayırlar və yarımadanın Rusiyaya birləşdirilməsində yaxından iştirak ediblər.
Klimkinə gəlincə isə onun ikinci həyat yoldaşı Marina Mixaylenko ehtiyatda olan sovet general-mayoru Yuri Mixaylenkonun qızıdır. Mixaylenko da hazırda Krımda yaşayır. 2014-cü ildə Mixaylenko "Krımın geri qaytarılması" medalı ilə mükafatlandırılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31