Trampdan qeyri-adi seçki kampaniyası - Video

CNN telekanalının efirində "ABŞ Prezidenti Donald Trampa iqtisadiyyat sahəsində qazandığı uğurlara görə minnətdarlıq etmək" çağırışı ilə video-çarx yayımlanıb.

Bu barədə jurnalist Yaşar Əli Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Trampa minnətdarlıq etmək üçün təklif olunan nömrə 2020-ci ildə keçiriləcək prezident seçkilərində hazırkı prezidentin seçki kampaniyasına resurs toplanması hesab oluna bilər. Jurnalist bu cür yanaşmanı seçki kampaniyalarında qeyri-adi hal adlandırıb.

Qeyd edək ki, bir qədər əvvəl Konqresə seçkilərdən sonra Trampın reytinqinin kəskin şəkildə aşağı düşdüyü bildirilmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31