QRU rəhbəri evində ölməyib, öldürülüb – ABŞ xəfiyyəsi
18 Dekabr 2018 11:48 DünyaRusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Serqun Moskva ətrafındakı evində ürək tutmasından yox, Livanda ölüb.
Bu sözlər ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Maykl Flinin Federal Təhqiqatlar Bürosuna verdiyi istintaq ifadəsində yer alıb. FTB-nin hesabatına əsasən, Flin bu iddianı 2017-ci ilin yanvarında səsləndirib.
Qeyd edək ki, İqor Serqun 2016-cı il yanvarın 3-də vəfat edib. Rəsmi məlumatda onun Moskva ətrafındakı evində öldüyü bildirilib. Bundan az sonra "Stratfor" şirkəti məlumat yayaraq, Serqunun Livanda məxfi əməliyyat həyata keçirərəkən öldüyünü vurğulayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31