"Oskar"a namizəd ən yaxşı xarici filmlərin qısa siyahısı açıqlanıb

ABŞ-da "Oskar" mükafatının "Ən yaxşı xarici film" nominasiyası üzrə namizədlərinin qısa siyahısı açıqlanıb.

Bu barədə Amerika Kino Akademiyasının saytı məlumat yayıb.

Siyahıya daxil olan növbəti ekran əsərləri bunlardır: "Köçəri quşlar" (Kolumbiya), "Kapernaum" (Livan), "Heç zaman boylanma" (Almaniya), "Mağaza orğucuqları" (Yaponiya), "Müqəssir" (Danimarka), "Ayka" (Qazaxıstan), "Roma" (Meksika), "Soyuq müharibə" (Polşa), "Şəfəqlənən" (Cənubi Koreya).

Namizədlərin yekun siyahısı 22 yanvar 2019-cu ildə, qaliblər isə fevralın 24-də elan olunacaq.

Qeyd edək ki, Nüfuzlu "Oskar" mükafatının yaxında gözlənilən 91-ci təqdimetmə mərasimi baş aparıcısız keçirilə bilər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31