Mərakeşin Tubkal dağında iki avropalı turist qətlə yetirilib
18 Dekabr 2018 11:33 DünyaMərakeşin ən yüksək zirvəsi olanTubkal dağının ətrafında iki avropalı turist qətlə yetirilib.
Bu barədə EFE nəşri məlumat yayıb.
Bildirilir ki, Norveç və Danimarkadan olan turistlərin meyitləribazar ertəsi səhər fransalı turistlər tərəfindən aşkar edilib. Hər iki alpinistin boyun nahiyəsində bıçaq yaraları olub.
Atlas dağlarının Tubkal zirvəsi Afrikanın şimal-qərbində, dəniz səviyyəsindən 4165 metr yüksəklikdə yerləşir.
Daha əvvəl dünyanın ən çox turist cəlb edən məkanları açıqlanıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31