Hindistanda xəstəxanada güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb
Ötən gün Hindistanın Mumbay şəhərində dövlət xəstəxanalarından birində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 8-ə, xəsarət alanların isə 145-ə çatıb.
18 Dekabr 2018 11:12 DünyaÖtən gün Hindistanın Mumbay şəhərində dövlət xəstəxanalarından birində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 8-ə, xəsarət alanların isə 145-ə çatıb.
Ölənlər arasında 6 aylıq uşaq da olub. Yaralılardan 28-nin vəziyyəti çox ağır qiymətləndirilir.
Bundan əvvəl hadisə zamanı 6 nəfərin öldüyü, 108 nəfərin xəsarət aldığı bildirilirdi.
Yanğının dəqiq səbəbi hələ məlum olmasa da, ilkin ehtimala əsasən havalandırma sistemində qısa qapanmadan baş verdiyi deyilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31