"Bu, İsrail üçün fəlakət olar" - II Abdullah
27 Sentyabr 2018 12:37 DünyaABŞ-ın İsrail-Fələstin konfliktində yalnız Təl-Əvivlə danışıqlara üstünlük verməsi konfliktin həll prosesini dalana dirəyib.
Bunu "Foks Nyus" televiziyasına açıqlamasında İordaniya kralı II Abdullah deyib.
"Mənim ən çox qorxduğum məqam bizim nə vaxtsa iki dövlət konsepsiyasından bir dövlət konsepsiyasına keçmək ehtimalımızdır. Bu, bütün region, o cümlədən İsrail üçün fəlakət olardı. Biz ABŞ və fələstinlilər arasında inam körpüsünü necə qurmalıyıq? Hazırkı məqamda amerikalılar konfliktdə iştirak edənlərdən yalnız biri ilə danışırlar. Bu, artıq dalana dirənmiş situasiyadır", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31