Tramp BMT-də Kanadanın baş naziri ilə görüşdən imtina edib

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında Kanadanın baş naziri Castin Tryudo ilə görüşdən imtina edib.

Bu barədə Ağ Ev rəhbərinin özü keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

"Bəli, mən bunu etdim. Çünki tariflər olduqca yüksəkdir. Və deyəsən o (Tryudo-red), güzəştə getmək istəmir, - deyə Amerika lideri qeyd edib.

Daha əvvəl isə Castin Tryudo bildirib ki, Şimali Amerika zonasında azad ticarət üzrə danışıqlar BMT Baş Assambleyasında qeyri-formal şəkildə davam etdirilə bilər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31