Venesula Prezidenti: "Donald Trampla görüşməyə hazıram"

"Mən ABŞ Prezidentinin əlini sıxıb, onunla danışıqlar masası arxasında oturmağa hazıram".

Bunu Venesuela Prezidenti Nikolas Maduro BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı bildirib.

"Böyük tarixi və ideoloji fərqə baxmayaraq, mən bu kürsüdən bəyan edirəm ki, ABŞ prezidentinin əlini sıxıb, onunla danışıqlar masası arxasında oturmağa hazıram", - N.Maduro vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, N.Maduro istəsə görüşməyə hazırdır.

D.Tramp Venesuelada vəziyyəti dəyişmək üçün istənilən varianta hazır olduqlarını vurğulayıb. O hesab edir ki, Venesuelada vəziyyət utandırıcıdır.

Qeyd edək ki, bir müddət əvvəl D.Tramp hərbçilərin Venesuelada rejimi qısa müddətə dəyişə biləcəklərini demişdi. O, N.Maduro rejiminin Venesuela xalqı üçün təhlükəli olduğunu da qeyd etmişdi. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31