Ruhani: "ABŞ nüvə razılaşmasına qayıdacaq"

ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdacaq.

Bu barədə İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda mətbuat konfransında jurnalistlərə bildirib.

H.Ruhani deyib: "Amerika Birləşmiş Ştatları gec və ya tez qayıdacaq. Mən əminəm ki, hazırkı vəziyyətdə İran yox, ABŞ təcrid olub".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31