Ərdoğan: "ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar siyasəti tərəfdaşlıq prinsiplərinə ziddir"
27 Sentyabr 2018 11:14 DünyaABŞ-ın Türkiyəyə qarşı həyata keçirdiyi sanksiyalar siyasəti iki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə ziddir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "PBS" telekanalına müsahibəsi zamanə bildirib.
Türkiyə prezidenti qeyd edib: "Biz NATO çərçivəsində ABŞ-ın strateji tərəfdaşıyıq. Bizim strateji tərəfdaşımız olan hər bir ölkəyə öz strateji tərəfdaşına qarşı mümkün sanksiyalar barədə danışmaq yersiz olardı. Türkiyə strateji tərəfdaş kimi öz öhdəliklərini həmişə yerinə yetirib, biz bundan sonra da bunu edəcəyik".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31