Venesiyada spirtli içki satışı qadağan ediləcək

İtaliyanın məşhur turizm şəhəri olan Venesiyada saat 19:00-dan sonra spirtli içkilərin satışının qadağan edilməsi gündəmdədir.

Yeni qanun layihəsinin yaxın günlərdə təsdiq ediləcəyi gözlənilir.

Qərara görə, spirtli içkilərin alış-veriş paketlərinin içində daşınması belə qadağan ediləcək. Buna riayət etməyənlərə isə 500 avro məbləğində pul cəzasını verilməsi nəzərdə tutulub.

Bu addımın şəhərdə sərxoşluğun qarşısını almaq üçün atıldığı bildirilir.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31