Bu ölkə Fransadan 132 ilin hesabını istəyir – Böhran
24 Sentyabr 2018 13:24 DünyaƏlcəzair hökuməti Fransanın 132 illik müstəmləkə cinayətlərinin statistikasını çıxaracaq.
Bu barədə Əlcəzairin Mücahidlər naziri Əl-Təyyub Zeytuni açıqlama verib.
Onun sözlərinə görə, 1830-1962-ci illər ərzində baş vermiş qanunsuz əməllər və cinayətlər hesablanacaq.
"Fransadan danışmaq - kəsilən başlardan dağlar, qanlardan dənizlər və okeanlar barədə danışmaq deməkdir" - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Əlcəzairli rəsmilər statistika açıqlandıqdan sonra rəsmi Parisin hər il müəyyən məbləğdə təzminat ödəməsini tələb edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31