İran Əhvaz teraktını təşkil edənləri yaxaladı

İranın Əhvaz şəhərində keçirilən hərbi paraddakı teraktın iştirakçıları həbs edilib.

Bunu jurnalistlərə açıqlamasında İranın İnformasiya naziri Mahmud Ələvi deyib. O, ələ keçirilənlərin sayının bir neçə nəfər olduğunu bildirib.

Qeyd edək ki, Əhvazda terakt şənbə günü təşkil edilib. Terakt zamanı 29 nəfər həlak olub, 60 nəfər yaralanıb. Terakta görə məsuliyyəti üzərinə Əhvazın Vətənpər Ərəb Demokratik Hərəkatı və İŞİD götürüb.

İlkin məlumatda terror hücumunu 4 nəfərin etdiyi, onlardan ikisinin yerindəcə məhv edildiyi, ikisinin isə axtarıldığı bildirilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31