İran paradında terakt törədənlərin hücumdan öncəki Şok videosu
24 Sentyabr 2018 12:59 DünyaƏhvazda parada silahlı hücum təşkil edən İŞİD terrorçularının hücümdan əvvəlki videosu yayılıb.
Yayılan görüntülərdə 4 İŞİD terrorçudan ikisi ərəb dilində, biri isə fars dilində valideynləri ilə vidalaşaraq, Allah yolunda cihad etməyi, onun əmrini yerinə yetirərək "kafir və mürtəd"ləri öldürüb cənnətə düşməyi özləri üçün ən böyük nemət saydıqlarını deyirlər.
Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində baş verən teror hücumunda 29 nəfər həyatını itirib, 60 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Terakta görə məsuliyyəti üzərinə Əhvazın Vətənpər Ərəb Demokratik Hərəkatı, həmçinin İŞİD götürüb.
İlkin məlumatda terror hücumunu 4 nəfərin etdiyi, onlardan ikisinin yerindəcə məhv edildiyi, ikisinin isə axtarıldığı bildirilmişdi.
axar.az