Ərəblər Yaxın Şərqdə koalisiya barədə razılaşdılar
24 Sentyabr 2018 12:24 Dünyaİordaniya, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
Görüşdə əsas müzakirə mövzusu ərəb ölkələrinin regiondakı böhranların həllində rollarının aktivləşdirilməsi olub. Nazirlər görüşdə regionda ümumi maraqlar naminə fəaliyyətlərinin birgə koordinasiyası haqqında razılığa gəliblər.
Nazirlər həmçinin BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə də görüşüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31