Nikol parlamenti buraxmaq üçün hərəkətə keçir
24 Sentyabr 2018 12:19 DünyaErmənistan Baş naziri Nikol Paşinyan İrəvana geri dönən kimi parlament fraksiyalarının rəhbərləri ilə parlamentin buraxılmasını müzakirə edəcək.
Bu iddia ilə öz Feysbuk səhifəsində erməni politoloq Ayk Martirosyan çıxış edib. Onun sözlərinə görə, Paşinyan bu barədə Nyu Yorkda "Yel" klubunun qapalı görüşündə çıxışı zamanı deyib.
Paşinyan görüşdə bəyan edib ki, hadisələrin inkişafı növbədənkənar seçkinin keçirilməsinin sürətləndirilməsini tələb edir.
O, görüşdə İrəvan Şəhər Şurasına seçkilərdə digər qüvvələrin aşağı səs toplanmasından da bəhs edib. Paşinyanın fikrincə, bu seçki xalqın digər qüvvələri dəstəkləmədiyini sübut edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31