Liviyadakı toqquşmalarda ölənlərin sayı 115 nəfərə çatıb
24 Sentyabr 2018 12:13 DünyaLiviyanın paytaxtı Tripolidəki silahlı toqquşmalarda ölənlərin sayı 115 nəfərə çatıb.
Bu barədə ölkənin "Al-Wasat" portal xəbər verib.
Tripolidə yaralıların işi üzrə idarənin hərbi hospitalına istinadən yayılan xəbərdə bildirilir ki, paytaxtda avqustun 26-dan davam edən silahlı toqquşmalar nəticəsində daha 560 nəfər yaralanıb. Yaralılardan 383 nəfərin xəsarətləri ağır və orta ağırdır. Toqquşmalar zamanı yaralanan 177 nəfərin xəsarəti yüngüldür.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31