Tramp BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib
24 Sentyabr 2018 12:07 DünyaABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Bu barədə Trampın sosial şəbəkələr üzrə komandasının direktoru Den Skavino bildirib.
"Prezident Tramp Nyu-Yorka, BMT Baş Assambleyasına gəlib", - deyə o, "Twitter"-də yazıb.
Bundan əvvəl Ağ Evdən Trampın BMT Baş Assambleyasının iclasında Cənubi Koreya, Yaponiya, Misir, İsrail, Fransa və Britaniya liderləri ilə görüşəcəyi xəbər verilib.
Prezidentin iş qrafikinə əsasən o, sentyabrın 25-də BMT Baş Assambleyasının plenar iclasında çıxış edəcək. Tramp özü beynəlxalq təşkilatda İran üzrə iclasa rəhbərlik edəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31