Ermənistan polisinə Yerevan Ağsaqqallar Şurasına seçkilərdə pozuntular barədə 84 məlumat daxil olub
24 Sentyabr 2018 11:46 DünyaYerevan Ağsaqqallar Şurasına keçirilən növbədənkənar səsvermə zamanı Ermənistan polisinə səsvermədə pozuntular barədə 84 məlumat daxil olub.
Ermənistan polisi bildirib ki, məlumatlar rüşvət vermək və almaq, seçki komissiyası üzvlərinin, jurnalistlərlin işinə mane törədilməsi, səsvermənin gizliliyinin pozulması, təkrar səs vermək və ya başqasının yerinə səs verməyə cəhd, seçki siyahısında səhvlər və s. barədə olub.
Ümumiyyətlə, 18 hal üzrə materiallar hazırlanır, digərləri barədə isə yoxlama aparılır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31