Venesuelada Maduroya qarşı sui-qəsdlə bağlılığı olan 3 nəfər saxlanılıb
24 Sentyabr 2018 11:25 DünyaVenesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlılığı olan 3 nəfər saxlanılıb.
Bu barədə Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges mətbuat konfransı zamanı bildirib.
X.Rodriges deyib: "Sentybarın 22-i səhər saatlarında Venesuelanın təhləkəsizlik orqanları tərəfindən sui-qəsddə bilavasitə iştirak edən Morfey ləqəbli Xenribet Emmanuel Rivas, onun həyat yoldaşı Lisbet Esposito və istefada olan polkovnik Ramon Santyaqo Velasko Qarsiya saxlanılıb".
Venesuelanın xəbərlər agentliyinin məlumatına əsasən, Morfey sui-qəsdin əsas təşkilatçılarından biri hesab edilir.
Nazir əlavə edib ki, istintaqın sərəncamında müxalifətçi deputat Xulio Borxesin baş verənlərlə əlaqəsi olduğunu göstərən "çoxsaylı sübutlar" var.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31