Ukraynadan müharibəyə səbəb olacaq ADDIM – Rusiya kəşfiyyatı açıqladı
23 Sentyabr 2018 07:56 DünyaUkraynanın Hərbi-Dəniz Qüvvələrinin iki gəmisi Krım sahillərində Rusiyanın xüsusi iqtisadi zonasına girib.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım üzrə bölməsi bildirib.
Qeyd edilib ki, gəmilər Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidmətinin sahil mühafizəsinin gəmiləri tərəfindən müşayiət olunur.
Daha əvvəl Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin komandanlığı və Baş qərargahdakı mənbələrə istinadən KİV bildirib ki, Kiyev Azov dənizinə zirehli katerlərin göndərilməsinə başlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31