Bu ərəb ölkəsinin əhalisi aclıq üzündən yarpaq yeyir
22 Sentyabr 2018 19:16 Dünya"Yaxın zamanlarda Yəməndə mütəmadi olaraq yemək tapmaq imkanı olmayan adamların sayı yarım dəfə artacaq".
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə BMT baş katibinin müavini və humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok çıxış edib.
"Ərzaqın demək olar ki, hamısını idxal edən Yəməndə son aylar ərzində milli valyuta rialın 30% ucuzlaşması 10 milyon yəmənli üçün ərzaq qiymətlərinin artımına birbaşa təsir göstərir" - BMT TŞ-də çıxış edən Loukok belə deyib.
Baş katib müavininin sözlərinə görə, Yəmənin bəzi rayonlarının vəziyyəti aclıq adlandırmaq olar. Belə ki, insanlar başqa yemək olmaması üzündən yarpaq yeyirlər.
Hazırda Yəməndə 8 milyon adamın ərzaq tapmaqla bağlı problemi var. Tezliklə bu rəqəmə daha 3,5 milyon nəfər adam əlavə oluna bilər.