Ərdoğanın ABŞ səfərinin proqramı bəlli oldu
21 Sentyabr 2018 18:48 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinin proqramı bəlli olub.
Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün 23-27 sentyabr tarixlərində ABŞ-a səfər edəcək. O, BMT Baş Assambleyasının ilk iş günündə, yəni 25 sentyabrda çıxış edəcək. Nyu Yorkda olduğu müddətdə Ərdoğan BMT baş katibi ilə yanaşı, bir çox dövlət və hökumət başçısı ilə görüşəcək.
Səfər çərçivəsində Ərdoğan amerikalı iş adamları, türk və müsəlman cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31