Liviyada toqquşma - 11 ölü
21 Sentyabr 2018 18:44 DünyaLiviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında toqquşmalar qeydə alınıb.
Toqquşmalar nəticəsində 11 nəfər həlak olub.
Bundan başqa, 30-dan çox şəxsin yaralandığı bildirilir. Ölən və yaralananların böyük əksəriyyəti dinc sakinlər olub.
BMT-nin hesabatına əsasən, avqust ayının sonlarına Tripolidə müxtəlif qruplaşmalar arasında qeydə alınmış toqquşmalarda 96 nəfər həlak olub, yaralıların sayı isə 400 nəfəri keçib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31