Səudiyyə Ərəbistanında ilk dəfə — Xəbərləri qadın aparıcı təqdim etdi
21 Sentyabr 2018 18:04 DünyaSəudiyyə Ərəbistanının rəsmi televiziya kanalında ilk dəfə bir qadın aparıcı xəbərləri təqdim edib.
"Es-Suudiyye" telekanalında efirə çıxan aparıcı Viam əd-Dahildir.
Dahil kanalın və əsas xəbər buraxılışının yeni mövsümünün tanıtımı üçün aparıcı Ömər ən-Nəşvanla xəbərləri təqdim edib.
Viam Livan Amerikan universitetinin mətbuat fakultəsi məzunudur. Bir müddət Londondakı "Əl-Hayat" qəzetində, Qətərdəki "Əl-Cəzirə" kanalında və "Əl Ərəb" televiziyasında işləyib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31